Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Fələstin UNESCO-ya üzv oldu, ABŞ maliyyə yardımını kəsir


Oktyabrın 31-də Fələstin dövləti UNESCO-ya tam hüquqlu üzv qəbul edilib. UNESCO – BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatının Baş Assambleyasında keçirilən səsvermədə bu qərarın lehinə 107, əleyhinə 14 dövlət səs verib, 52 üzv bitərəf qalıb.

Bu üzvlük Fələstinin BMT ailəsinə tamhüquqlu üzv olmaq yolunda önəmli addım sayılır.
Amma bu qərardan sonra az sonra ABŞ UNESCO-ya maliyyə yardımını kəsdiyini bildirib, Dövlət Departamenti noyabrda ödəməli olduğu 60 milyon dolları verməyəcəyini bildirib.
İsrail də üzvlük haqqını kəsəcəyi ilə hədələyib.

ABŞ qanunvericiliyinə görə Fələstini tamhüquqlu üzv kimi tanıyan hər hansı təşkilata yardım edilə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG