Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:44
Təbriz şəhərinin dini müəssisələrində Azərbaycan əleyhinə tədbirlər davam etdirilir. APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında islamçılıqla tanışlıq” mövzusunda silsilə yığıncaqlara start verilib. “Xomeyniçilər Azərbaycan Respublikasında” adlı birinci belə tədbir Təbrizin “Ayətullah Taliqani” məscidində keçirilib.

AZƏRBAYCANDA NƏ VAXT İSLAMİ OYANIŞ BAŞLAYACAQ?

Yığıncaqda əsas çıxışçı “Aran” jurnalının redaktoru Həsən Qulu Azərbaycanın dövlət quruluşunu və müstəqilliyi təhdid edən fikirlər söyləyib. Azərbaycanı ABŞ və İsraillə əməkdaşlıqda, vəhhabiliyi və sionizmi inkişaf etdirməkdə ittiham edən H. Qulu Azərbaycanda anti-İslam və anti-İran təbliğatının sürətləndiyini də narahatlıq kimi qələmə verib:

“İslami oyanış Azərbaycan Respublikasında nə vaxt başlayacaq? Azərbaycan Respublikası ölkəmizə ən yaxın İslam ölkəsi olduğu halda bu oyanışdan niyə bəhrələnə bilməyib? Bu kimi çoxlu sualların həllini tapmamasına səbəb Azərbaycanda camaat və ictimai-siyasi fəalların arasında lazımınca təbliğatın aparılmamasıdır".

ANTİ-İSLAM PROQRAMI DAVAM EDİR

Natiq deyib ki, Azərbaycanın İrandan ayrıldığı iki əsr boyunca bu ölkədə anti-İran və anti-İslam kimi iki proqram həyata keçirilib. Məsələn, Sovet İttifaqı zamanı Azərbaycanda coğrafi yerlərin adları dəyişdirilib, Quran əlifbası rus və latın əlifbası ilə əvəzlənib, anti-İran və anti-İslam məzmunlu filmlər çəkilib, İslam və İranı təhqir edən şerlər yazılıb, alim və dindarlar öldürülüb:

"Azərbaycan müstəqillik dövründə də yenə bu iki proqram davam edir və bunun bəzi nümunələrini Azərbaycan Respublikasının İran əleyhinə olan mediasının təhlillərində görmək olar”.

H. Qulu bu xalqın mədəniyyətinin hələ də İran mədəniyyətindən tam ayrılmadığını da qeyd edib. O, Azərbaycan İslam Partiyasının rəhbərlərinin həbsinə də etiraz edib və təklif edib ki, İran əhalisi, o cümlədən təbrizlilər azərbaycanlı islamçılara mənəvi dəstək verməlidirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG