Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:40

Türkiyənin ədliyyə naziri Bakıya gəlir


Türkiyənin ədliyyə naziri Sadullah Ergin Bakıya gəlir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, türkiyəli nazirin Bakıya səfəri noyabrın 1-ə gözlənilir.

Erginin azərbaycanlı həmkarı Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Səfər zamanı Türkiyənin ədliyyə nazirinin cəzaçəkmə müəssisələrindən birinə baş çəkməsi də nəzərdə tutulur.

Səfər noyabrın 4-dək davam edəcək.
XS
SM
MD
LG