Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

Bərpa işləri bitdikdən sonra burada xütbə söylənəcək

Türkiyənin İznik bölgəsindəki Ayasofyanın məscid kimi ibadətə açılacağı gözlənilir. Bu haqda Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Xəbərə görə, artıq bu qədim tikilidə təmir-tikinti işləri başa çatmaq üzrədir.

Ayasofya 2008-ci ildə Bursa Vaqfinin Bölgə Müdürlüyü tərəfindən təmir-bərpaya bağlanmışdı. Bildirilirdi ki, təmir işləri bitdikdən sonra Ayasofya yenə muzey kimi fəaliyyətini davam etdirəcək.

Lakin indi Ayasofyanın məscid kimi ibadətə açılacağı haqda xəbər yayılıb. Məlumata görə, artıq burada yerə taxtadan döşəmə salınır. Hətta imamın xütbə söylənməsi üçün minbər də inşa edilir. Bərpa işlərini aparanlar bildiriblər ki, İslam və xristianlıq arasındakı baansı saxlamaq üçün binanın içində Həzrəti Məryəmin rəsmləri də saxlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG