Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57
Səhiyyə Nazirliyi bildirir ki, BMT-nin Əhali Fondunun «Dünya əhalisinin durumu – 2011» adlı hesabatında Azərbaycan haqda yanlış məlumatlar verilib.

Həmin hesabatda ana və uşaq ölümü hallarından bəhs edilib. Sənədə əsasən, Azərbaycanda 5 yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana ölür.

Səhiyyə Nazirliyi isə bildirir ki, 5 yaşadək uşaq ölümü 1993-cü illə müqayisədə hər 1000 nəfər üçün 44.4 faizdən 4.3 faizədək azalıb.

Nazirlik həmçinin qeyd edir ki, doğuş zamanı ana ölümü də o dövrlə müqayisədə 34.4 faizdən 16 faizə düşüb.

BMT-nin hesabatında yazılır ki, Azərbaycanda doğuşların 12 faizi ev şəraitində baş verir. Səhiyyə Nazirliyi bu rəqəmi də inkar edir:

«2010-cu ilin statistikasına görə, bu göstərici ümumi doğuşların 2.3 faizini təşkil edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG