Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:09

Astara şəhərinin mərkəzində evlər su altındadır


Ən ağır vəziyyət şəhərin Heydər Əliyev adına prospektindədir
Ən ağır vəziyyət şəhərin Heydər Əliyev adına prospektindədir
Aramsız yağışlar Lənkəran və Astara şəhərlərində problemlər yaradıb.

Astara şəhərində Xəzər dənizi istiqamətində yerləşən evləri su basıb. Ən ağır vəziyyət şəhərin Heydər Əliyev adına prospektindədir. 20-dən çox evin həyətində su yarım metrə qalxıb. Su evlərin içinə axır.

Şəhər sakini Bayram Məmmədov deyir ki, 3 evdə vəziyyət daha pisdir. Sakinlər rayon icra hakimiyyətinə, bələdiyyəyə müraciət ediblər:

​«Gəldilər bir az işlədilər, getdilər. Kanallar təmizlənməyib, su axmır, yağış yağır, qalır yerdə. Deyirlər ki, yağış yağır da, nə edə bilərik? Yağışın burda günahı yoxdur. Əvvəllər su axıb Astaraçaya tökülürdü, belə problemlər olmazdı. İndi kanalların üstündə evlər tikiblər, su getmir».

Qarşı tərəfin fikrini öyrənə bilmədik. Zənglərimizə cavab verən olmadı.

XS
SM
MD
LG