Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Polis Beyləqanda İctimai Palatanın toplantısına imkan vermədi


İctimai Palatanın (İP) Beyləqan şöbəsinin yaradılması baş tutmayıb.

Müsavat Partiyası Beyləqan rayon təşkilatının sədri Nəcəf Qaraşlı AzadlıqRadiosuna deyib ki, buna polis imkan verməyib. Onu və daha bir neçə nəfəri polisə aparıblar, onlardan toplantının təxirə salınmasını tələb ediblər:

«Biz oktyabrın 29-da Beyləqanda İctimai Palatanın regional bölməsinin yaradılmasını planlaşdırmışdıq. Amma polis toplantı keçirməyimizə imkan vermədi. Bizə dedilər ki, siz rayon icra hakimiyyətinə bu barədə rəsmi müraciət etməmisiniz».

Rayon polis idarəsinin rəsmisi Həsən Əliyev isə müxalifətçilərin polisə aparılmasını təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG