Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:03
Serbiyanın cənubunda Bosniya və Herseqovinadakı ABŞ səfirliyinə edilmiş hücumda əli olmaqda şübhəli bilinən radikal islamçı qrupun 17 üzvü saxlanıb.

Onlar Novi-Pazar, Senitsa və Tutin şəhərlərində keçirilmiş reyd zamanı saxlanıb.

Cümə günü Sarayevadakı ABŞ səfirliyi avtomat silahdan atəşə tutulub.

Hücum edən Mevludin Jasarevic adlı şəxs cavab atəşilə yaralanaraq ələ keçib və onun Novi-Pazar şəhərindən olduğu müəyyən edilib.

Məlumatlara görə o vahabidir.

Novi-Pazar əsasən müsəlmanların yaşadığı Sancak regionunun administrativ paytaxtıdır.

Bosniyadakı kollektiv rəyasət heyətinin müsəlman üzvü Bakir İzetbegovic hücumu ittiham edib, bunun terror aktı olduğunu bildirib.

Hücum zamanı həmçinin 1 polis nəfəri yaralanılb, amma səfirliyin əməkdaşlardan xəsarət alan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG