Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:28

Sarayevadakı ABŞ səfirliyinə hücumla bağlı 17 islamçı saxlanıb


Serbiyanın cənubunda Sarayevadakı ABŞ səfirliyinə edilmiş hücumda əli olmaqda şübhəli bilinən radikal islamçı qrupun 17 üzvü saxlanıb.

Onlar Novi-Pazar, Senitsa və Tutin şəhərlərində keçirilmiş reyd zamanı saxlanıb.
Cümə günü Sarayevadakı ABŞ səfirliyi avtomat silahdan atəşə tutulub.

Hücum edən cavab atəşilə yaralanaraq ələ keçib və onun əsasən müsəlmanların yaşadığı Sancak regionunun mərkəzi Novi-Sad şəhərindən olduğu müəyyən edilib.

Məlumatlara görə o vahabidir.

Bosniyadakı kollektiv rəyasət heyətinin müsəlman üzvü Bakir İzetbegovic hücumu ittiham edib, bunun terror aktı olduğunu bildirib.
XS
SM
MD
LG