Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

Azərbaycanlı xilasedicilər dağıntılar altından 12 nəfəri sağ çıxarıblar


Azərbaycanlı xilasedicilər Türkiyədə baş verən zəlzələ dağıntıları altından indiyə qədər 12 nəfəri sağ çıxarıblar.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Azərbaycanlı xilasedicilərin dağıntılar altından indiyə qədər çıxardıqları cəsədlərin sayı isə 60-dır.

Türkiyənin Van vilayətində zəlzələdə ölənlərin sayı 570, yaralıların sayı 2555 nəfərdir. 187 nəfər dağıntılar altından sağ çıxarılıb.

Zəlzələ oktyabrın 23-də baş verib.
XS
SM
MD
LG