Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

Maşınına “bərkgedən” nömrə alanlar üçün dövlət rüsumları gəlir


Arxiv şəkil

Arxiv şəkil

Parlamentdə müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklərdə maşınlara “zerkalnı” nömrələrin qiymətləri göstərilib.

HANSI NÖMRƏ NEÇƏYƏ OLACAQ?

Əgər bu təklif parlamentdə qəbul edilsə, “bərkgedən” nömrəyə sahib olmaq istəyənlər aşağıdakı qaydada pul ödəməli olacaqlar:
- Maşının nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500 manat, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat.
- 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000 manat, eyni hərf olduqda isə 1500 manat.
- 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Amma hələlik bunlar təklifdir, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin cümə günü keçirilən iclasında müzakirəyə çıxarılıb. Rüsumların bu qaydada hesablanması yalnız Milli Məclis onu təsdiq edəndən sonra başlayacaq.

SÜRÜCÜLÜK VƏSİQƏSİ 30 DƏQİQƏYƏ?

Hazırda belə cüt nömrələrə görə dövlət büdcəsinə əlavə rüsum alınmır, amma Bakı sakinləri arasında hər belə cüt nömrənin qeyri-rəsmi ödəniş məbləğləri haqqında müxtəlif məbləğlər səslənir.

Hələ Milli Məclisin komissiyalarında olan “Yol hərəkəti qaydalarına” başqa bir dəyişiklik təklifində isə imtahan verildikdən 30 dəqiqə sonra sürücülük vəsiqəsinin verilməsi nəzərdə tutulur. Hazırda bu müddət bir gündür.

Şərhləri göstər

XS
SM
MD
LG