Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45
İrlandiyadakı prezident seçkilərində Əmək Partiyasının lideri, keçmiş mədəniyyət naziri, şair Michael Daniel Higgins qalib gəlib.

Siyasətçi olmaqla yanaşı həm də şair kimi tanınan, indiyəcən üç şeir kitabı çap etdirmiş Higgins əsas rəqibi olan müstəqil namizəd, biznesmen Sean Gallagher-i xeyli qabaqlayıb. O, indiyəcən sayılan səslərin 40 faizə qədərini toplayıb, amma qalan səslərin nəticələrə ciddi təsir edəcəyi gözlənilmir.

Gallagher artıq məğlubiyyətini etiraf edib.

Higgins-in şeir kitabları The Betrayal (“Xəyanət”) (1990), “The Season of Fire” (“Alov mövsümü”) və “An Arid Season” (“Quraqlıq mövsümü”) adlanır.

O həm də vaxtilə jurnalist kimi fəaliyyət göstərib, televiziya filmləri çəkib.

İrlandiya qlobal maliyyə böhranının müflis olmaq həddinə çatdırdığı ölkələrdəndir və 85 milyard avroluq beynəlxalq kredit yardımı alıb.

Bir çox seçicilər 2008-ci iləcən Avropanın ən sürətlə inkişaf edən ölkələrindən olmuş İrlandiyanın bu vəziyyətə düşməsinə görə bankirləri, böyük maliyyə qrupları ilə bağlı olan siyasətçiləri günahlandırırlar.

Higgins-in qələbə qazanması həm də onun "təmiz adam" imicinin olması ilə əlaqələndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG