Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

Ermənistan müxalifəti prezidentin istefası tələbilə etiraz aksiyası keçirib


Ermənistan müxalifətinin tərəfdarları Yerevanda Azadlıq meydanında, 28 oktyabr 2011

Ermənistan müxalifətinin tərəfdarları Yerevanda Azadlıq meydanında, 28 oktyabr 2011

Ermənistan müxalifətinin bir neçə min tərəfdarı oktyabrın 28-də paytaxt Yerevanda nümayiş keçirərək prezident Serzh Sarkisianın istefasını tələb ediblər. Onlar hökuməti ölkədə təşkilatlı korrupsiya sistemi qurmaqda və demokratik institutları zəiflətməkdə ittiham edirlər.

Müxalifət partiyalarının bloku olan Erməni Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan bugünkü aksiyada bildirib ki, əgər bu aksiyalarla Sarkisianı istefaya məcbur edə bilməsələr, parlamentdə çoxluğa sahib olub impiçment qaydasında hakimiyyətdən kənarlaşdırmağa çalışacaqlar.

Ermənistan hökuməti müxalifətin erkən prezident seçkiləri tələbini rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG