Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:32

ABŞ-ın Sarayevodakı səfirliyinə hücum olub (VİDEO)


Oktyabrın 28-də naməlum adam avtomat silahla ABŞ-ın Sarayevodakı səfirliyinə atəş açıb. Hadisə yerinə gələn polis hücumçunu zərərsizləşdirib. Bosniyanın Daxili İşlər Nazirliyinin sözçüsü İrfan Nefic bildirib ki, hücumçu yaralı şəkildə ələ keçirilib.

ABŞ səfirliyi hücum faktını təsdiq edib. Səfirlik fəaliyyətini dayandırıb və binanın ətrafında təhlükəsizlik səddi qurulub.

Səfirlikdən Reuters agentliyinə deyiblər ki, içəridə zərərçəkən olmayıb.

Yerli xəstəxanadan bildiriblər ki, səfirliyin mühafizəçilərindən biri yaralı halda onlara gətirilib, amma onun həyatına təhlükə yoxdur.

Polis əməkdaşlarından birinin də yaralanması haqqında xəbərlər var.

Azadlıq Radiosunun hadisə yerində olan əməkdaşları bildirirlər ki, atışma on dəqiqəyə qədər davam edib.

ABŞ səfirliyi Sarayevonun iş mərkəzləri, universitetlər və ticarət mərkəzləri yerləşən hissəsindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG