Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Ermənistan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndərir


Ermənistanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Türkiyədə zərər çəkənlərə yardım üçün bir yük təyyarəsi ilə 40 ton material göndərəcəklər. Göndəriləcək yardım çadırlar, yataq dəstləri və başqa malladır. Yardım oktyabrın 28-də İzmir şəhərinə çatdırılacaq.

Oktyabrın 23-də Türkiyənin Van şəhərində baş vermiş 7.2 bal gücündə zəlzələdən həlak olanların sayı 570 nəfərə çatır.

Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi və soyqırım iddialarına görə Ankara ilə Yerevan arasında normal diplomatik əlaqələr yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG