Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Yerevanın meri istefa verir


Ermənistanın paytaxtı Yerevanın meri Karen Karapetian oktyabrın 28-də istefa verdiyini təsdiq edib. O, heç bir il deyildi ki, mer vəzifəsində çalşırdı.

Keçmiş mer özünün Facebook səhifəsində istefasını şəxsi səbəblərlə izah edir. Bu səbəbin nə olduğunu izah etməsə də Karapetian vurğulayır ki, işdən getməsinin heç bir siyasi, yaxud hakimiyyətdaxili ziddiyyət kimi səbəbi yoxdur.

Ermənistan mediasının xəbərinə görə Yerevan meri Rusiyanın Gazprom şirkətindən daha gəlirli bir vəzifə alıb. Karen Karapetian mer olmazdan əvvəl də Ermənistanın qazpaylama şəbəkəsinin rəhbəri idi.

Karapetian yerli telekanallara müsahibəsində ola bilər Rusiyada işləyə biləcəyini desə də konkret hansı işdə çalışacağını bildirməyib.

Ermənistan mediası həmçinin yazır ki, prezident Sarkisyan merin küçə ticarəti köşklərini yığaraq etirazlara səbəb olmasından narazıdır.

Başqa qeyri-rəsmi məlumatlara görə Karapetian keçmiş prezident Robert Kocharyan tərəfindən müdafiə olunduğundan bu, indiki prezidentin xoşuna gəlmirmiş.
İndi Yerevanda bələdiyyə şurası yeni meri seçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG