Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Suriya müxalifəti də bu ölkə üzərindən uçuşlara qadağa qoyulmasını tələb edir


Suriyada demokratiya fəalları bildirirlər ki, hökumət qüvvələri oktyabrın 28-də Hama, Homs və Qusayr şəhərlərində məscidlərə basqın edərək 15 mülki sakini öldürüb, xeyli sayda adamı həbs edib. Hökumət bu gün nəzərdə tutulan cümə etirazları ilə bağlı reydlər keçirib.

Londonda yerləşən Suriyada İnsan Haqlarının vəziyyətini müşahidə edən qrup bildirir ki, hökumətin sərt müdaxilələrinə baxmayaraq, oktyabrın 28-də Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən Kafr Nabl-da etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Suriya üzərində də uçuşa qadağa zonasının tətbiq edilməsinə çağırıblar.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə bu ilin əvvəlində NATO-da Liviyada mülki sakinlərin hökumət qüvvələrinin hücumlarından qorunması üçün bu ölkə üzərindən uçuşlara qadağa tətbiq edib. Liviyanın keçmiş lideri Muammar Qaddafinin qətlə yetirilməsindən sonra NATO elə bu gün elan edib ki, Liviyadakı hərbi missiyası oktyabrın 31-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG