Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Azərbaycanla Türkiyə yeni qaz kəməri çəkir


Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirir ki, Türkiyə ilə birlikdə yeni qaz kəməri çəkəcəklər. O qeyd edib ki, Azərbaycan 2025-ci ildə 50 milyard kubmetr qaz istehsal edəcək və onun əksər hissəsini dünya bazarlarında satacaq. Ona görə də Azərbaycanla Türkiyənin arasında yeni qaz kəmərinin tikilməsinə ehtiyac var.

ARDNŞ prezidenti əlavə edir ki, yeni kəməri Azərbaycanla Türkiyənin özü çəkəcək, amma başqa xarici mənbələrin də bu işdə iştirakı mümkündür.

Bu iki ölkə Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına dair müqaviləni də bu yaxınlarda imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG