Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47
NATO-nun Baş katibi bildirir ki, bu alyansın Liviyadakı hərbi missiyası oktyabrın 31-də başa çatır.

Baş katib Anders Rasmussen bildirib ki, alyansın Liviya ilə bağlı missiyası artıq yerinə yetirilib.

Amma NATO həmçinin qeyd edir ki, Liviyanın yeni hökuməti müraciət edərsə, sərhədin təhlükəsizliyinin qorunması və qanunsuz miqrasiya ilə mübarizədə yardımçı ola bilər.

BMT Təhlükəsizlik Şurası bu ilin əvvəlində Liviyada mülki əhalinin Müəmmər Qəddafiyə (Muammar Qaddafi) tabe olan hərbi qüvvələrin hücumlarından qorunması üçün NATO-ya bu ölkədə hərbi əməliyyatlar keçirməyə icazə verib. Oktyabrın sonlarında Müəmmər Qəddəfinin qətlə yetirilməsindən sonra Təhlükəsizlik Şurası NATO-nun missiyasının başa çatdırılması barədə qərar verib.

Şərhləri göstər

XS
SM
MD
LG