Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:35

Keçmiş baş nazirin məhkəməsi noyabra qaldı


Bu gün Xorvatiyada keçmiş baş nazir İvo Sanaderin məhkəməsi başlanmalı idi. Ancaq ürəyindəki problemlərlə bağlı məhkəmə noyabrın 3-ə qədər təxirə salınıb. Keçmiş baş nazir korrupsiyada ittiham olunur.

Əsas ittihamlardan biri onun xarici işlər naziri vəzifəsində işlədiyi vaxt Xorvatiyaya yardım adı altında 700 min dollar rüşvət alması ilə bağlıdır. Prokuror deyib ki, ona qarşı başqa ittihamların irəli sürüləcəyi də istisna deyil.

İvo Sanader ittihamı qəbul etmir.
XS
SM
MD
LG