Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:49

İsrailin milli infrastruktur naziri Azərbaycana gəlir


İsrailin milli infrastruktur naziri Uzi Landau noyabr ayının əvvəllərində Azərbaycana səfər edəcək.

İsrail nümayəndə heyətinin Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir. Görüşdə iki tərəf üçün maraq doğuran məsələlər müzakirə ediləcək.

U. Landaunun rəhbərlik etdiyi İsrailin Milli İnfrastruktur Nazirliyinin səlahiyyətlərinə enerji siyasəti və bu siyasətin icrası məsələləri aiddir. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG