Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Bu il Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib


Foto: Arxiv

Foto: Arxiv

«İran Azərbaycana ildə 40 tondan artıq narkotik idxal edir. Bu məsələyə diqqəti artırmaq lazımdır».

Bunu Milli Məclisin deputatı Zahid Oruc insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunarkən səsləndirib.

Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov hesabat verərkən bildirib ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycanda insan alveri qurbanlarının sayının saysız-hesabsız olması barədə məlumatlar yayırlar. Beynəlxalq təşkilatlar da bu məlumatlara istinad edərək Azərbaycana qeyri-obyektiv qiymət verirlər.

V. Eyvazov deyib ki, bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. 17 nəfər saxlanıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunub. Beynəlxalq axtarışda olan şəxslərdən 3-ü Interpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib.

Hazırda 17 nəfərin axtarışı davam etdirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG