Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

Nazir: «İndiyə qədər saxta diplomlu 300-dən çox müəllim aşkarlanıb»


Misir Mərdanov

Misir Mərdanov

İndiyə qədər Azərbaycanda saxta diplomla işləyən 300-dən çox müəllim aşkarlanıb və onlarla bağlı sənədlər müvafiq orqanlara təqdim edilib.

Bu barədə Təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, saxta diplomlarla bağlı aparılan iş davam etdiriləcək:

«Azərbaycanda bu iş davamlı olmalıdır və olacaq. Müstəqilliyin ilk illərində ölkədə yaranan siyasi dayanıqsızlıq şəraitində 100-dən çox universitet yaranmışdı. Biz indi-indi onların sayını minimuma endirmişik. İşbaz adamların yaramaz əməlləri nəticəsində belə hallar baş verib. Biz indi cəmiyyətimizi və təhsilimizi saxta diplomla işləyən adamlardan təmizləməliyik».

M. Mərdanov deyib ki, ağır, çətin və mürəkkəb proses olsa da, bu iş uğurla sona çatdırılacaq:

«Çünki ölkə ictimaiyyəti bunu bizdən tələb edir. Ölkə prezidenti qarşımıza çox ciddi tələb qoyub. Bunun öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik». /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG