Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Qaddafini öldürən məhkəmə qarşısında dayanacaq


Yeni Liviya rəhbərliyi keçmiş dikdator Muammar Qaddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib.

Liviyadakı müvəqqəti milli şuranın sədr müavini Abdel Hafiz Ghoqa cümə axşamı
Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib.

BMT-nin təhlükəsizlik şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.
XS
SM
MD
LG