Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb


Arxiv foto
Arxiv foto
Hadisə bu gün Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Milli Ordunun əsgəri, 19 yaşlı Cavid Elşən oğlu Əliyev növbətçi yük maşınının təkərinə hava dolduran zaman təkər partlayıb. Partlayış nəticəsində təkərin çarxının bir hissəsi əsgərin başına dəyib. Əsgər başından aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

Cavid Əliyev 2010-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG