Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

«İnquşetiyada şübhəli döyüşçülər həbs edilir»


Arxiv foto: İnquşetiya

Arxiv foto: İnquşetiya

Maka Posheva oğlunu sonuncu dəfə may ayında Nazranın toz-torpaqlı, qarmarışıq mərkəzi küçələrindən birində görüb. Üzü maskalı, silahlı bir neçə kişi işə gedərkən baş yolda onun maşınını saxlayıb. Şahidlərin sonradan Poshevaya dediklərinə görə, naməlum şəxslər oğlunu zorla miniavtobusa mindiriblər:

«Mən hələ də səbəbini başa düşə bilmirəm. Oğlum uşaqlıqdan özünü həmişə yaxşı aparıb, heç vaxt yalan danışmayıb, oğurluq etməyib. İnsanların bəlkə də xoşuna gələ bilməyən onun möminliyidir. O çox mömin oğlan idi».

Posheva etiraf edir ki, onun məhkəmə icraçısı işləyən və iki uşağı olan oğlu qanunsuz nəsə edə bilər. Amma deyir ki, bu ölkədə kimisə ittiham etmək üçün qanun var. Posheva sadəcə bilmək istəyir ki, oğlu hardadır?

İNQUŞETİYA ÜÇÜN ADİ HALLAR

Bu cür hadisələr İnquşetiyanın gündəlik həyatını xarakterizə edir, amma bu region Şimali Qafqazın digər regionlarından fərqlənir. Son üç ildə - Kreml Yunus-Bek Yevkurovu prezident təyin edəndən sonra burada zorakılıqlar azalıb. Yevkurov deyir ki, indi onun işi məmurlara «hər şeyin insanlar üçün edildiyini» dərk elətdirməkdir:

«Biz məhz onların sayəsində hakimiyyətdəyik, xalqsız heç bir bürokrat mövcud deyil. Mən regionda problemləri həll etməyə çalışıram, amma camaat da başa düşməlidir ki, biz heç də hər şey edə bilmərik».

Yevkurov regionda populyardır, terror əleyhinə əməliyyatların genişləndirilməsinə təsir göstərir, məktəblər tikir, insan hüquqları fəalları və adi insanlarla ünsiyyətdə olur.

Yevkurova görə, uşaqlarının islam yaraqlılarına çevrilməsində ən çox valideynlər günahkardırlar. Deyir ki, çox vaxt valideynlər övladlarının harada olduğundan, nə iş gördüyündən xəbərdar deyil.

Posheva isə Yevkurovun bu fikirləri ilə razılaşmır, deyir ki, onun oğlu Ruslan öz ailəsini sevən, işli-güclü biridir və heç vaxt yaraqlılara qoşulmaz.

CÜZİ ŞÜBHƏ OLARSA...

Nazranda yerləşən məsciddə cümə ibadəti

Nazranda yerləşən məsciddə cümə ibadəti

«Memorial» insan hüquqları qrupunun rəhbəri Abubakar Sechayev deyir ki, çoxları Ruslan Poshev kimi yoxa çıxır, çünki bir kəs haqda onun döyüşçü olmasına cüzi şübhənin olması kifayətdir ki, o, həbs olunsun və ya başına həbsdən də daha pis hadisə gəlsin.

Tənqidçilər hesab edirlər ki, hökm sürən qərarsızlıq Kreml qaydalarından qaynaqlanır, çünki onlar təhlükəsizlik qüvvələrinə istədikləri hər bir addımı atmaq səlahiyyəti verib. Çoxları deyir ki, heç də təəccüblü deyil ki, cavanlar özlərini müdafiə etmək üçün əllərinə silah alırlar və qisas almağa başlayırlar.

SƏBƏBSİZ YERƏ BASQILAR

Küçələrdə atmosfer gərgin olaraq qalır. İllərlə islamçı döyüşçülərin mütəmadi atışmaları və törətdikləri partlayışlar Nazranı elə bir şəhərə çevirib ki, burada hava qaralandan sonra qapısı açıq olan tək-tük restoran tapmaq mümkündür, spirtli içki təklif edən restoranlar isə heç gözə dəymir.

Prezident Yevkurov

Prezident Yevkurov

Hətta insanlar səbəbsiz yerə onlara qarşı basqıların olduğunu deyirlər. Adının çəkilməsini istəməyən bir qadının dediyinə görə, bu günlərdə 100-ə yaxın formada, silahlanmış və üzü maskalı kişi onun evinə basqın edib:

«Onlar heç nə izah etmirdilər, ancaq hədə qorxu gəlib bizi təhqir edirdilər, deyirdilər ki, biz evimizdə cinayətkar gizlədirik. Əlbəttə ki biz qorxurduq».

KORRUPSİYA

Ekspertlərə görə, bu, İnquşetiyada əsas problemin yalnız bir üzüdür, digəri isə korrupsiyadır.

Prezident Yevkurovun səylərinə baxmayaraq, yerli əhalinin dediyinə görə, korrupsiya iqtisadiyyatı iflic edib, işsizlərin sayı 57 faizdir, bu isə döyüşçülərin işsizləri öz cərgələrinə cəlb etmələrini xeyli asanlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG