Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39
«Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneə etimadın yoxluğu, qorxunun olmasıdır».

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Filip Lefort (Philippe Lefort) oktyabrın 27-də Bakıda belə deyib.

«Biz bu məsələdə ATƏT-in Minsk Qrupunu dəstəkləyirik. Münaqişənin həlli üçün artıq layihə var. Hər iki ölkə ilə bu yöndə danışıqlar aparıram. Mən bunu Yerevanda da demişəm ki, hər iki ölkə bu münaqişənin qurbanıdır».

F.Lefort bu vəzifədə Piter Semnebini (Peter Semneby) əvəzləyir. Amma dediyindən bəlli olur ki, sələfi ilə müqayisədə missiyası bir qədər məhdudlaşıb. Onun mandatına yalnız regional münaqişələr və regional siyasət daxildir. Həmçinin, Leforta Gürcüstandakı münaqişədən sonrakı prosesdə iştirak etmək səlahiyyəti verilib.

F.Lefort deyir ki, o, mandatına uyğun bölgəyə vaxtaşırı səfər edəcək:

«Çalışacam hər ay Bakıya gəlim. Mən istərdim ki, bu regionda münaqişənin həlli yönündə aparılan işləri daha da qüvvətləndirim. Avropa Birliyi ilə region arasındakı əlaqələri daha da yaxşılaşdırım».

Oktyabrın 26-dan Azərbaycanda olan F.Lefort prezident İlham Əliyevlə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə və vətəndaş təşkilatlarının təmsilçiləri ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG