Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:40

Bashar Assadlə Ərəb Dövlətləri Liqasının nümayəndələrinin danışığı "səmimi və isti" keçib


Suriya prezidenti Bashar Assad dünən Ərəb Dövlətləri Liqasının yüksək səlahiyyətli nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin niyyəti Suriya hakimiyyəti ilə müxalifət arasındakı münaqişənin yoluna qoyulmasında vasitəçilik etməkdir.

Nümayəndə heyətinin rəhbəri, Qətərin baş naziri Sheikh Hamad al-Thani bəyan edib ki, danışıqlar “isti və səmimi” keçib. Danışıqların ikinci raundu oktyabrın 30-a planlaşdırılıb.

Son bir gün ərzində Bashar Assad əleyhdarlarının silahlı basqını nəticəsində Suriyanın 9 hərbi xidmətçisi həlak olub. Ordunun apardğı əməliyyatlarda isə 11 sadə vətəndaş öldürülüb.

Əsasən müxalifət tərəfdarlarından ibarət Homs və Deraa şəhərlərində ümumi tətil elan olunub.
XS
SM
MD
LG