Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

Amerika konqressinin üzvləri arasında fikir ayrılığı


Amerika konqressinin üzvləri arasında Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirinə qarşı planlaşdırılan sui-qəsdə Vaşinqtonun cavab hərəkəti ilə bağlı fikir ayrılığı yaranıb. Sui-qəsdi İran xüsusi qüvvələrinin hazırladığı güman edilir.

Dünən ABŞ Nümayəndələr Palatasının komitəsində “Amerika torpaqlarında İranın terror əməliyyatları” mövzusunda dinləmələr keçirilib. Komitənin sədri respublikaçı Peter King Tehranın niyyətini “müharibə aktı” adlandırıb.

Respublikaçılar İrana qarşı hərbi gücün tətbiqi məsələsinə baxılması barədə fikirlər səsləndiriblər.
Dinləmələrdə iştirak edən demokratlar təmkinli olmağa çağırıblar. Missisipi ştatından olan konqressmen Bennie Thompson İranın hədələrinə həddən artıq kəskin reaksiya verməyə lüzum görməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG