Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Səfir: Qaz tranziti haqqında saziş «Cənub dəhlizi» istiqamətində mühüm addımdır


Metyu Brayza

Metyu Brayza

ABŞ İzmirdə qaz tranziti haqqında Azərbaycan və Türkiyə arasında imzalanan sazişi alqışlayır.

Bunu «Trend»ə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) deyib.

«Bu, hazırda «Cənub dəhlizi»nin həyata keçirilməsi istiqamətində ən mühüm addımlardan biridir», - səfir bildirib.

Brayza deyib ki, bu saziş Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri arasında iqtisadi və strateji əlaqələri dərinləşdirən «Cənub dəhlizi»nin kommersiya cazibədarlığını təsdiqləyir.

«İndi səbirsizliklə növbəti mərhələni, yəni boru kəmərlərinin marşrutu və inkişafı üzrə qərarları gözləyirik. Ümid edirik ki, həmin qərarlar Cənubi Qafqazdakı və Avropadakı dostlarımız üçün enerji təhlükəsizliyində yeni eranın başlanğıcı olacaq», - Brayza bildirib.

Oktyabrın 25-də Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə «Şahdəniz»in ikinci mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, eləcə də Azərbaycan qazının Avropaya Türkiyə ərazisindən nəqli üçün tranzit sazişi məsələləri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG