Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Ölümündən sonra ən çox qazanan məşhurlar


Michael Jackson
Michael Jackson
Feyziyyə Hacıyeva


"Forbes" jurnalı ölümündən sonra irsi ən çox gəlir gətirən məşhurların reytinqini tərtib edib. Keçən il olduğu kimi bu il də siyahıya pop kralı Michael Jackson başçılıq edir.

Keçən ilin oktyabrından bəri pop kralının albomlarının satışı və onun həyatının son aylarını əks etdirən kadrların da yer aldığı "This is it" sənədli filmi, ümumilikdə, 170 milyon dollar gəlir gətirib.

İkinci pillədə rok kralı Elvis Presli qərarlaşıb. Onun albomları və iştirak etdiyi başqa materiallar varislərinə 55 milyon dollar qazandırıb. 3-cü yerin sahibi - Amerika kinosunun əfsanəsi Merilin Monrodur (27 milyon dollar).

Siyahıda əfsanəvi "Beatles" qrupunun iki üzvü də var: Corc Lenon (5-ci yer - 12 milyon dollar) və Corc Harrison (13-cü yer - 6 milyon dollar)

Corc Lennon 5-ci yeri Hollivud ulduzu Elizabet Teylorla bölüşür (12 milyon dollar).

Siyahıya müğənni və aktyorlarla yanaşı elm xadimləri də "düşə bilib". Dahi Albert Eynşteyn 7-ci pillədə (10 milyon) qərarlaşıb.

İsveçli detektiv yazarı Stiq Larsson isə 9-cudur (7 milyon dollar)...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG