Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

Azərbaycan Türkiyəyə yeni yardım karvanı göndərir


Zəlzələ zamanı zədələnmiş bina
Zəlzələ zamanı zədələnmiş bina
Azərbaycan oktyabrın 26-sı axşam saatlarında Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə yeni yardım karvanı göndərəcək.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, avtomobil karvanında hər biri 24 kv.m olan 1000 çadır, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq adyal olacaq.
Azərbaycan artıq bir yardım karvanını göndərib: “Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" bu gün axşam saatlarında quraşdırılaraq zərərçəkmiş əhaliyə təhvil veriləcək”, - məlumatda deyilir.
Nazirliyin xilasediciləri isə zəlzələ baş verəndən dərhal sonra hadisə yerinə yollanıblar.

Onlar hazırda türkiyəli həmkarları ilə birlikdə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində yaxından iştirak edirlər.

Oktyabrın 23-də Türkiyənin şərqində, Van gölünün yaxınlığında güclü zəlzələ olub. Rixter şkalasına görə, yeraltı təkanların gücü 7, 2 bal olub. Zəlzələ zamanı 432 insan həlak olub, mindən çox adam isə yaralanlıb.
XS
SM
MD
LG