Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:14

İranda fəalların həbs olunduğu deyilir


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) yaydığı məlumata görə, saxlanan bir neçə fəal ETTELAT həbsxanasında saxlanır.
Məlumata görə, azərbaycanlı fəal Nasir Derzaşəmşir bir neçə aydır Təbriz ETTELAATının təknəfərlik kamerasında saxlanılır. O, bu ilin avqust ayında həbs olunub: «Derazşəmşirlə anası ilə bir neçə dəqiqəlik görüşdən başqa heç bir təmasa icazə verilmir. Onun saxlanma səbəbləri ilə də açıqlanmır».
Nasir Derzaşəmşir Bakı Dövlət Universitetinin məzunudur. GAMOH onun yalnız öz dostları arasında milli-mədəni fəaliyyətlərlə məşğul olduğunu açıqlayır.
Məlumatda deyilir ki, digər azərbaycanlı milli-mədəni fəal Abdullah Səduqi oktyabrın 24-də Təbrizin ETTELAAT idarəsinə köçürülüb.
Təşkilat həmçinin bildirir ki, oktyabrın 21-də Təbriz stadionunda «Traxtu»la «Saypa» futbol komandaları arasında keçirilən yarış zamanı bir neçə nəfər həbs olunub. Həbs edilənlərin əksəriyyətinin azyaşlı olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG