Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:14

Azərbaycan ordusunun əsgəri yaralanıb


Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə baş verib.

Milli Ordunun əsgəri Elvin Məmmədov tabeçiliyində olan silahla ehtiyatsız davrandığından atəş açılıb və nəticədə onun əsgər yoldaşı Elçin Mikayılov ayağından yüngül yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG