Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12
«Bu saat mən polisdən gəlirəm. Uşağın şəkillərini verdim. Söz veriblər ki, yaxın vaxtlarda tapacaqlar. Bu uşaq 3 bacının bir qardaşıdır».

Bakı sakini Sahib Babayevin 15 yaşlı oğlu oktyabrın 20-də evdən çıxıb və neçə gündür ki, onun harada olması ilə bağlı xəbər yoxdur. Atası bununla bağlı oktyabrın 24-də polisə müraciət edib. Hazırda o, axtarışdadır.

«BU MƏLUMATLAR DAXİLİ İSTİFADƏ ÜÇÜNDÜR»

Azərbaycanda il ərzində nə qədər uşaq itir? Onların neçəsi tapılır? Tapılmayan uşaqların aqibəti necə olur? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyir ki, bu tip məlumatların ictimaiyyətə açıqlanması qanunla qadağandır:

«Bu məsələlərlə bağlı məlumatlar gizli hesab olunur. Belə məlumatlar yalnız daxili istifadə üçün nəzərdə tutulduğundan açıqlanmır».

DÖVLƏT QURUMUNUN PROFİLİ

Azərbaycanda uşaq hüquqlarının qorunmasını həyata keçirən dövlət qurumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitənin sektor müdiri Lətafət Tağızadə deyir ki, onlara ümumiyyətlə itkin düşən uşaqlarla bağlı müraciət daxil olmayıb. Bu sahənin araşdırılması isə onların profilinə aid deyil:

«Bizim təşkilat uşaqların hüquqlarını müdafiə edir. Qismən küçə uşaqları ilə işləyirik. Amma bu da bizim sahə deyil. Sonra uşaqların istirahətinin təşkili, müəyyən məsələlər var ki, bizim komitə ona qarışa bilir. Bakıda dilənçi uşaqlar

Bakıda dilənçi uşaqlar

​Amma uşaqların itməsi kriminaldır, bu sahənin bizim komitəyə aidiyyəti yoxdur».

İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanova da Azərbaycanda itən uşaqlarla bağlı onlarda hər hansı məlumatın olmadığını deyir.

İTKİN UŞAQLARIN SAYINI NECƏ AZALTMALI

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov isə uşaqların itməsinə dair məlumatların ictimaiyyətə açıqlanması və ictimai təşkilatlarla əməkdaşlıq edilməsini zəruri sayır:

«Statistika ilə bağlı məlumata təəssüf ki, bizim də çıxışımız azdır. Amma 2010-cu ilin yanvar ayında DİN tərəfindən qeyd olunmuşdur ki, təkcə Bakı şəhərində 47 uşaq itib, onlardan 41 tapılıb, 6-nın isə həmin dövrdə taleyi məlum deyil. Bundan başqa bizim təşkilat son 6-7 ay ərzində parklarda, zirzəmilərdə, vağzallarda küçə uşaqları ilə bağlı reydlər keçirir. Lakin bir müddət sonra o uşaqların bəziləri sanki yoxa çıxır, onlar barədə məlumatlar əldə edə bilmirik. Xüsusilə də bu uşaqlar heç bir yerdə qeydiyyata alınmırlar. Həmin uşaqlar insan alveri qurbanına çevrilməsi, orqanların transplantasiyası, cinayətlərə cəlb olunma baxımından çox böyük risk altındadırlar».

Qaçqın uşaqlar

Qaçqın uşaqlar

Nabil Seyidov dövlət uşaq müdafiə sistemini təkmilləşdirməyə, uşaq hüquqları və onların müdafiəsini həyata keçirən dövlət qurumlarını nəticəni yox, səbəbi aradan qaldırmağa çağırır. O, təklif edir ki, bütün - quru, hava, su sərhəd-keçid məntəqələrində uşaqların şəkilləri çəkilsin, çıxan uşaqların qayıdıb-qayıtmaması haqda məlumatlar toplansın, uşaqlar sərhədi hər iki valideynin notariusla təsdiqlənən icazəsi ilə keçsinlər. Nabil Seyidov deyir ki, azyaşlılarla işləyən komissiyaların, polis-uşaq inspektorlarının fəaliyyətini gücləndirməsinə ehtiyac var.

MÜHARİBƏ DÖVRÜNÜN UŞAQLARI

Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4043 nəfərdir. Onlardan 47 nəfəri (17-si azyaşlı qız) itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu məlumatı 2011-ci il iyunun 21-də yayıb.

Komissiya onu da bildirir ki, əsir və girovluqdan 1400 nəfər azad edilib ki, onlardan 175 nəfəri uşaq (65 nəfər azyaşlı qız) olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG