Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:29

Yazıçı - Stalloneni məhkəməyə verdi


Amerikalı yazıçı Marcus Webb Hollivud ulduzu Silvester Stalloneni məhkəməyə verib.

Yazıçı Manhattan federal məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bildirir ki, Stallone son filmi üçün yazdığı ssenaridə onun əsərindən oğurluq edib.

Söhbət 2010-cu ildə çəkilmiş "The Expendables" (“Qarşısıalınmazlar”) filmindən gedir.

Stallone filmin rejissoru olmaqla yanaşı həm də ssenarinin həmmüəllifi və baş rolun ifaçısıdır.

Filmdə bir qrup muzdlu döyüşçüyə hərbi diktatoru aradan götürmək tapşırığı verilir.

Yaziçi iddia edir ki, bu, onun 2006-cı ildə yazdığı hekayə və ssenaridən oğurluqdur, “ssenarilər çox oxşardır, bəzi yerləri isə identikdir”.

Marcus Webb-in ssenarisində yüksək hazırlıq görmüş muzdlular Latın Amerikasının insan haqlarının tapdandığı kiçik bir ölkəsində diktator, general Garza-nı aradan götürməyə yollanırlar.

ABŞ-ın müəllif hüquqları agentliyində qeydiyyatdan keçirdiyi ssenarini yazıçı 2009-cu ildə Hollivud studiyalarına da təqdim edib.

O, Stallonenin həmin ssenari ilə hansı yollasa tanış olduğunu və süjet xəttini oğurladığını bildirir.

İddia ərizəsində yazıçının nə qədər kompensasiya istəməsi haqda xəbər verilmir.

Stallonenin sözçüsü Michelle Bega məsələyə münasibət bildirmək istəməyib.

"The Expendables"in büdcəsi 80 milyon dollar olub və film prokatda 250 milyon dollara yaxın pul toplayıb.

İndi filmin davamı çəkilir, filmdə çəkilməyə başqa bir Hollivud ulduzu Arnold Schwarzenegger də dəvət alıb.

Həmçinin oxu
Arnold Schwarzenegger ilk dəfə memuar yazacaq

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG