Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

Qadını nikaha məcbur edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar


Foto: Arxiv

Foto: Arxiv

Azərbaycanın Cinayət Məcəlləsinə (CM) dəyişiklik təklif olunub.

Təklif Milli Məclisin komitələrində müzakirə olunub.

CM-ə edilən təkliflərə əsasən, qadını nikaha məcburetmə 2-3 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, 3-4 min manat cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırma təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG