Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

Türkiyə beynəlxalq yardım üçün müraciət edib


Türkiyə güclü zəlzələnin nəticələrini aradan qaldırmaqla bağlı beynəlxalq yardımları qəbul edəcək. Bundan öncə hökumət belə bir yardıma ehtiyac olmadığını bildirmişdi.

Son məlumatlara görə, Ankara bu müraciəti 30 ölkəyə, o cümlədən hazırda diplomatik münaqişədə olduğu İsrailə də ünvanlayıb. Dağıntılar olan rayonlarda qurma evlər, çadır və zərərçəkənlər üçün digər vasitələr çatışmazlığı yaranıb.

Dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 459-dur, 1300-dən çox adam yaralanıb. 2 mindən çox tikinti dağılıb.

Van şəhərində yerləşən həbsxananın məhbusları etiraz ediblər, tələb ediblər ki, onları evakuasiya etsinlər. Bu narahatlığa səbəb yeni yeraltı təkanlar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG