Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

Türkiyədə 60 saat sonra dağıntılar altından gənc xilas olunub


Türkiyədə dağıdıcı zəlzələdən 60 saat sonra dağıntılar altından 18 yaşlı tələbə sağ-salamat xilas edilib. Türkiyənin “Anadolu” rəsmi agentliyinin məlumatına görə, həmin gənci Erçiş rayonunda xilas ediblər.

Son rəsmi məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 450-i ötüb, 1300-dən çox adam yaralanıb. Xilasetmə işləri davam etdirilir, amma dağıntılar altından daha kiminsə sağ çıxarılması ehtimalı getdikdə azalır.

Evsiz qalanlar üçün çadırlar qurulub, insanlar ərzaq, su və isti geyimin kifayət qədər olmamasından narazılıq edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG