Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02
“Avropanın sonuncu diktatoru” adlandırılan Belorus prezidenti Aleksandr Lukaşenko “istedadını qrantlara dəyişmiş” yazıçıları tənqid edib.

“Onlar öz hədyan çıxışlarında ölkəmizə qara yaxır, öz xalqlarını təhqir edir və gəncləri ağılsız qiyamlara çağırırlar” – deyə Lukaşenko oktyabrın 25-də Belorus Yazıçılar Birliyinin (ictimai birlik) üzvləri ilə görüşündə bildirib.

Prezident deyib ki, dövlətin ədəbiyyat sahəsində siyasəti düzgündür, 90-cı illərdə Belorus Yazıçılar Birliyi “millətçilik və siyasi intriqa yuvasına çevrildiyi üçün” parçalanmış və buna görə onun 6 il qabaq yenidən təşkil edilməsi “qanunauyğun” idi. “Mədəniyyəti belə dönük adamların öhdəsinə buraxmaq olmazdı” – deyə Lukaşenko bildirib.

Prezidentin sözlərinə görə, yenidən təşkil ediləndən bəri – yəni son 5 ildə büdcədən birliyə 16 milyard belorus rublu ayrılıb, birlik üzvlərinin ümumi tirajı 2 milyon nüsxə olan 500 əsəri dövlət hesabına çap edilib, ədəbi jurnalların əvvəlki həcmdə maliyyələşdirilməsi davam etdirilib...

Lukaşenko bildirib ki, “müasir Belorus ədəbiyyatında senzura və qadağan edilmiş mövzular olmamalıdır. Əlbəttə ki, antihumanist və mənəviyyatsız mövzulardan başqa”.

Prezidentin sözlərinə görə, dövlət həmişə “hakimiyyətə münasibətdə konstruktiv mövqe tutan yazıçılar”ı dəstəkləyib.

O, yazıçılara müraciətlə deyib: “Vulqar qarayaxma və bayağılıq səviyyəsinə enməyin! Bizə müasir Belorus və həmvətənlərimizin həyatı haqda parlaq əsərlər lazımdır. Biz belə əsərləri çap etməyə həmişə pul taparıq, müəlliflərin zəhmət haqqını layiqincə ödəyərik”.

Lukaşenko Belorus ədəbiyyatının əsas problemi kimi “əsərlərin keyfiyyəti”ni göstərib.

O, Yazıçılar Birliyinin dövlətdən “analoqu olmayan dəstək” aldığını xatırladaraq onlardan yüksək səviyyəli əsərlər gözlədiyini bildirib.

Lukaşenko yaxşı əsərlərin daha çox yazılmasını istəyib və dövlət hesabına çap edilməli bədii əsər planının yalnız 50 faiz yerinə yetirildiyinə diqqət çəkib.

O, yazıçılara çap edilmiş əsərlərinə görə verilməli olan qonorarların bəzən 5-7 il yubadılmasını tənqid edib, məmurlara “bu məsələni qaydaya salmağı” tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG