Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50
«Bizim yol» qəzeti yazır ki, Azərbaycanın ən seysmik zonalarından biri Abşerondur. Lakin ən çox çoxmərtəbəli binaların tikintisi də məhz bu ərazidə həyata keçirilir.

Bakıda bir sıra binaların layihə müəllifi olan memar Zemfira Budaqova aktiv seysmik ərazilərdə tikilən binaların, hətta 11 bala qədər dözümü olduğunu bildirib: «Sovet dönəmində Ermənistandan zəlzələ olandan sonra standartlar yenidən işləndi. Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda tikilən binaların 9 baldan 11 ballıq zəlzələyə qədər dözümlü olması nəzərə alındı. Çox az bina var ki, bu bala dözümlü deyil. O da sovet dövrünün axırlarında tikilən beşmərtəbələrdir. Orada tikinti materiallarının oğurluğu çox olurdu. Ona görə də tikinti keyfiyyətsiz aparılırdı. Dağıntı olsa, həmin binalar təhlükəlidir».

Z.Budaqova bildirib ki, Fövqəladə Hallar Nazirliyi yeni tikililəri yoxlayarkən zəlzələyə dözümlülük məsələsinə xüsusi diqqət yetirir: «Ancaq bütün göydələnlərə zəmanət verə bilmərəm».

«İLHAM ƏLİYEV İSLAHATLAR APARA BİLMƏZ»

Bunu «Azadlıq» qəzetinə müsahibəsində politoloq Eldar Namazov bildirib.

Qəzetin «İlham Əliyev hazırkı komanda ilə islahatlar apara bilərmi» sualına cavabında o, bunları deyib: «İslahatı aparmaq üçün üç vacib şərt lazımdır. Birincisi, liderin özünün siyasi iradəsi olmalıdır. Zorla heç kimi islahatçı etmək olmaz. İkinci vacib amil komanda amilidir. Lider islahatları istəyə bilər, amma onun siyasi komandası yoxdursa, o, bu islahatları reallaşdıra bilməyəcək. Çünki bu komanda daim müqavimət göstərəcək və gec-tez ya islahatlar alınmayacaq, ya da komandanı dəyişmək məcburiyyəti yaranacaq. Nəhayət üçüncü şərt real şəraiti nəzərə alaraq islahatlarla bağlı vahid strategiya olmalıdır. Çünki birinci və ikinci şərt təmin ediləcəyi təqdirdə islahatlar reallığa uyğun, ardıcıl aparılmasa uğursuzluğa düçar ola bilər».

«AZƏRBAYCAN İQTİSADİYYATIN RƏQABƏT QABİLİYYƏTLİLİYİNƏ GÖRƏ MDB-DƏ LİDER ÖLKƏDİR»

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından material dərc edib.

İlham Əliyev iclasdakı çıxışında bildirib ki, ölkədə işsizliyin səviyyəsi təqribən 5.5 faizdir: «Biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5.5 faizdir.

İlin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 il ərzində Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG