Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

Tunisdə seçkiləri islamçılar udur


Tunisdə konstitusiya məclisi adlanan orqana ilk azad seçkiləri ölkənin əsas islamçı partiyası Ennahda udur.
Ennahdanın səslərin 30 faizindən çoxunu yığdığı ehtimal olunur.
Konstitusiya məclisi ölkənin ilk konstitusiyasını hazırlamalı və müvəqqəti hökuməti təyin etməlidir.

Rəsmi nəticələr çərşənbə axşamı elan olunacaq.
Ancaq ilkin nəticələr islamçıların konstitusiya məclisində əsas rol oynayacağını göstərir.

Əsas dünyəvi mərkəzçi sol partiya olan PDP Ennahdaya uduzduğunu etiraf edib.

Ben Əlinin 23 illik hakimiyyəti devriləndən sonra keçirilən ilk azad seçkilərdə seçicilərin 90 faizi iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG