Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Van zəlzələsində ölənlərin sayı 264-ə çatıb


Türkiyədə baş vermiş zəlzələ zamanı ölənlərin sayı 264-ə çatıb

Türkiyədə baş vermiş zəlzələ zamanı ölənlərin sayı 264-ə çatıb

Oktyabrın 23-də Türkiyənin Van bölgəsində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 264-ə çatıb. 1090 nəfər yaralıdır. Bu haqda Türkiyənin daxili işlər naziri İdris Naim Şahin məlumat verib. Nazir bildirib ki, zəlzələ vaxtı 100-ə yaxın çoxmərtəbəli bina uçub.

XİLASEDİCİLƏR HƏLƏ DAĞINTILAR ALTINDA İNSANLARI AXTARIRLAR

Zəlzələdən sonra minlərlə adam soyuq payız gecəsini açıq havada keçirib. Qarşıdakı günlərdə isə qar yağacağı gözlənilir. İşıq olmadığından xilasedicilər axtarışları generatorlarla davam etdirirlər. Hələ dağıntılar altında xeyli sayda adamın qaldığı guman edilir.

Türkiyənin 38 bölgəsindən xilasedicilər zəlzələ zonasına gəlib. Türkiyə ordusu xilasetmə işlərinə 6 tabur əsgər göndərib.

Baş nazir Recep Tayyip Erdoğan şənbə günü axşam zəlzələ bölgəsində olub. Erdoğan xüsusilə zəlzələ bölgəsinin episentrinə yaxın kiçik qəsəbə və kəndlər üçün narahat olduğunu bildirib.

Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, Yunanıstan və İsrail yardım təklif edib. Türkiyənin baş naziri Recep Tayyip Erdoğan bildirib ki, ehtiyac olarsa, yardım üçün başqa ölkələrə müraciət olunacaq. Baş nazir deyib ki, Azərbaycan, İran və Bolqarıstandan ilk yardımlar gəlib:

«Lazım gəlsə, yardım üçün başqa ölkələrə müraciət olunacaq. Azərbaycan, İran və Bolqarıstandan yardımlar gəlib».

VAN DA DAXİL OLMAQLA TÜRKİYƏNİN CƏNUB BÖLGƏSİ ÖLKƏNİN YOXSUL ƏRAZİLƏRİNDƏN SAYILIR

Bu bölgədə illərdir türk hərbçiləri ilə silahlılar arasında mübarizə gedir. Hökumət minlərlə adamın ehtiyacını qarşılamaq üçün çalışır. Adamların çoxu isə zəlzələdən zərər çəkmiş evlərinə getməkdən qorxur.

Daxili işlər naziri İdris Naim Şahin bildirib ki, Van stadionunda 100 çadırlıq şəhərcik salınıb.

Bu gün Türkiyənin sənaye naziri Nihat Ergün deyib ki, ökumət zərər çəkmiş sahibkarlar üçün iqtisadi yardım paketi üzərində işləyir.

Vandakı zəlzələ İranın şimal qərbində də hiss olunub və əhalinin təşvişinə səbəb olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG