Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:03

İlham Əliyev 9 ayın iqtisadi yekunlarını elan edir


Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib.

İlham Əliyev deyib ki, bu ilin 9 ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Bu dövrdə Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları ötüb.

İ. Əliyev bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir.

Dövlət başçısı deyib ki, hazırda işsizlik 5,5 faizdir, son 9 ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son 8 ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb.
(APA)

Günün bütün mövzuları

XS
SM
MD
LG