Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58
Doyle McManus,
“Los Angeles Times” qəzeti


İki il əvvəl mən bir konfransda islamçılar və amerikalı məmurların arasında əyləşmişdim. İslamçılar amerikanlardan soruşurdular ki, əgər Amerika bilsə ki, azad və demokratik seçkidə İslam qüvvələri qalib çıxacaq, onlara seçkiyə qatılmağa imkan verərdilərmi? Amerikanlar da sualı onların özünə çevirirdilər: əgər İslamçılar bilsə ki, azad və demokratik seçkidə qalib çıxmayacaqlar, belə seçki keçirərdilərmi?

Həmin vaxt bunlar ancaq nəzəri suallar idi. İndi isə real vəziyyətə çevrilib.

Tunisdə məlum olaylardan sonrakı ilk seçkidə İslamçılar parlamentdə kürsülərin çoxuna sahib çıxacağı gözlənilir. Misirdə müsəlman qardaşları - ən nüfuzlu siyasi fraksiyadır. Bunu nəticəsində bu ölkədə sağa-sola

Qəddafinin devrildiyi Liviyada da yeni hökumətin tərkibində islamçıların ciddi rol oynayacağı gözlənilir.

İslamçıların əksəriyyəti ürəyinin dərinliyində liberal deyillər. Onlar istəyirlər ki, İslam onların ölkələrində rəsmi din olsun. İstəyirlər ki, vətəndaş cəmiyyətinin əsasını şəriətin müəyyən bir forması əvəzləsin. Onlar nə İsraili, nə də İsraillə bağlı Amerika siyasətini bəyənmirlər.

Artıq ABŞ Dövlət Konqresinin bəzi üzvləri təklif edir ki, Müsəlman qardaşları parlamentdə çoxluğu əldə etsə, ABŞ-ın Misirə yardımı dayandırılsın.

Amma bu problemlə bağlı 3 məsələ var: islamçılar qanuni siyasi qüvvədir; çox güman ki, onlar azad seçkilərdə qalib gələcəklər; nəhayət, onlar getmək istəmirlər.

Yeni demokratik ərəb dövlətləri o səbəbdən İslam partiyaları yaradır ki, İsraildə yəhudi, İtaliyada da konservativ katolik partiyası var. Digər tərəfdən, bəzi seçicilər öz dini inanclarının öz dövlətlərinin siyasətində əks olunmasını istəyir. Düzdür, ABŞ-da ayrıca dini partiya yaradılmayıb. Amma bir çox xristianların belə bir istəyi ola bilər.

İslamçılarla bağlı problem ondadır ki, onlar hakimiyyətə gələn kimi demokratiyanın qarşısını alıblar. Bu, İranda baş verib. Amma Türkiyə və İraq haqda bunu iddia etmək olmaz.


Çoxlarının inandığının əksinə olaraq İslam partiyalar demokratiyaya təhlükə olduğunu demək olmaz. Şimali Karolina Universitetindən iki tədqiqatçı - Charles Kurzman və Ijlal Naqvi müsəlman aləmində keçirilən 160 seçkini analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, islamçılar inqilabdan sonrakı dövrdə daha çox səs toplayıblar. Amma sonrakı müddətdə sekulyar partiyalar öz mövqelərini möhkəmləndiriblər:

“Ümumiyyətlə, seçkilər adiləşdikcə, İslam partiyalarının nəticələri də pisləşir. Ən azad seçki keçirilən müsdəlman ölkələrində bu partiyaları daha pis göstərici əldə ediblər”.


Misir demokratlarınə nümayəndəsi Saad Eddin Ibrahim hesab edir ki, demokratiya praktikası İslam ideologiyasını bir qədər azalda bilər:

“İslamçılar yalnız bir şərtlə qanuni status ala bilərlər – bunun üçün onlar demokrata çevrilməlidirlər. Biz isə onlara bu şansı verməliyik”.

Bu vaxta qədər Obama administrasiyası ərəb dünyasında hakimiyyətə gəlməyə hazırlaşan islamçılara qarşı çox ehtiyatlı yanaşma tətbiq edirdi. Dövlət katibi Hillary Rodham Clinton amerikan diplomatlarına Müsəlman Qardaşlarınən üzvləri ilə danışıqlar aparmağı tapşırıb. Bu ilkin əlaqələr hələlik aşağı səviyyədə qurulmuşdu. Qahirədəki amerikan səfiri bu qrupla danışıqlar başlamağa o qədər razı deyildi.

Amerikanlar islam siyasi xadimlərinin istədiklərinin hamısına əməl etməyəcək. Amma Birləşmiş Ştatlar bəyənsə də, bəyənməsə də, islamçılar – uzunmüddətli siyasi qüvvələrdir.

Əgər Misir, Tunis və Liviya demokratiyanı işlədə bilsələr, onda İslam və plüralizmi bir arada uyğunlaşdırmağa məcburdurlar. Biz islamçıları demokratik oyun qaydaları ilə oynamağa inandıra bilər, onlara qanun oyunçu kimi yanaşıb bu işdə onlara kömək edə bilərik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG