Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:29

WikiLeaks məxfi sənədlərin dərcini dayandırır


WikiLeaks saytı bəyanat yayıb ki, rəsmi sənədlərin dərcini dayandırır və diqqətini pul qazanma işində cəmləyəcək.

Məxfi sənədlərin çapının dayanmasına səbəb kimi saytın maliyyə çətinlikləri göstərilir.
Wikileaks bildirir ki, maliyyə şirkətlərinin, o cümlədən Visa, MasterCard, PeyPal-ın maliyyə blokadası Wikileaksə seçim qoymayıb.

Bəyanatda deyilir ki, Wikileaks salamat qalmaq üçün təcili surətdə pul qazanmalıdır ki, bu blokada ilə mübarizə apara bilsin.

Wikileaks Dövlət Departamentinin məxfi teleqramlarını çap edəndə ABŞ-ın maliyyə şirkətləri və bankları Wikileaksin hesablarını blokadaya aldılar.
Wikileaks bildirir ki, bu məhdudiyyətlər Wikileaksin bütün gəlirlərini əlindən aldı.
XS
SM
MD
LG