Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:36

Yunanıstanlı nazir Bakıya İTGİ kəmərini dəstəkləmək üçün gəlib


Yunanıstan Azərbaycan qazının Avropaya İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) kəməri ilə ötürülməsini daha məqsədəuyğun sayır.

Bunu Bakıda mətbuat konfransında Yunanıstanın energetika və ətraf mühit naziri Georgios Papakonstantinu deyib.

Nazir deyib ki, onun Bakıya səsfərində əsas məqsəd İTGİ-nin üstünlüklərini Azərbaycan tərəfinə çatdırmaqdır.

O deyib: “Bizim təklif etdiyimiz sistem həm Azərbaycan, həm də Yunanıstan və Avropa Birliyi üçün ən optimaldır”.

Papakonstantinu deyib ki, bu layihənin bir əsas üstünlüyü onun daha tez başa gəlməsidir.
“İTGİ 2012-2013-cü illərdən başlayaraq Avropaya qaz ötürə biləcək. Bu o deməkdir ki, Şah Dənioz yatağının qazı Avropaya 2017-ci ildən ötürülə bilər”.
(RİTA-SİTA)
XS
SM
MD
LG