Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09
Azərbaycanda xalçaçılıq ağır günlərini yaşayır. Baxmayaraq ki, tətbiqi sənətin bu qolu əsrlərdir Azərbaycanın rəmzinə çevrilib. 35 ildir ki, Gəncədə xana qurub xalça toxuyan Venera Məmmədova deyir ki, bu sənətin incəliklərini zamanla mənimsəyib:

«YÜZLƏRLƏ XALÇA TOXUMUŞAM...»

- Azərbaycan xalçası qədim sənətdir. Bunun bir çox incəlikləri var. Şəki, Quba, Qarabağ xalçaları bizdə toxunur. Bunun dərin sirləri var, gərək ona yiyələnməyi bacarasan.

- Təxminən nə qədər xalça toxumusunuz?

- Yüzlərlə, bəlkə də çox.

Qarşısındakı cızma qara qrafikə bənzər şəklə baxıb, əllərini sirli şəkildə iplərin arasından keçirən xalçaçı qadın bu işi sevsə də, azgəlirli olduğundan gileylənir:

«ÇOX AZ GƏLİRİMİZ OLUR»

- Qane etmir, çox az gəlirimiz olur. Əvvəllər bundan yaxşı idi. Xalçaları dövlətə toxuyurduq, indi isə ancaq sifarişlər olur. Əllə toxunan gəbələrin ömrü uzun olur, maşınla toxunanlar isə tez xarab olur. Biz ipi hazır alırıq, təbii və ya kimyəvi boyaqlarla boyayırıq. Təbii boyaqda rəng qarışmır. Kimyəvi boyaqda rəng çıxır.

Venera Məmmədova və digər 16 xalçaçı qızın çalışdığı emalatxana 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda Gəncədə 2-3 belə emalatxana var. Lakin Gəncə xalçaçılığının tarixi çox qədimlərə gedib çıxır.

GƏNCƏ XALÇASI

Gəncə-Qazax zonasında xalçaların kolorit baxımından rəngləri tünddür. 4-5 rəngdən ibarətdir.

Gəncə-Qazax zonasında xalçaların kolorit baxımından rəngləri tünddür. 4-5 rəngdən ibarətdir.

Gəncə xalça məktəbinə «Gəncə», «Qədim Gəncə», «Gölkənd», «Fəxralı», «Çaykənd», «Çaylı», «Şadılı», «Çıraqlı», «Samux» və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan «Fəxralı» namazlıq xalçası toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

Gəncədəki emalatxanalardan birinə rəhbərlik edən Etibar Ələkbərov deyir ki, xalçaçılığa laqeyd münasibət belə davam edərsə, bu incəsənət növünə maraq daha da azalacaq. O qeyd edir ki, indi xalçaçılıqda gəlir az olduğu üçün, yeni nəsildə bu qədim sənətə maraq oyatmaq çox çətindir:

«NƏ MARAQ VAR, NƏ PUL...»

- Xalçaçı qızların marağı yoxdur, pul da yoxdur. Sifariş verən yoxdur elə də. Qabaqlar müqavilə bağlayırdıq xarici dövlətlə, indi ona imkan yaratmırlar. Bizim xalçaları dünyada tanıyırlar. Dövlət tərəfindən gərək yardım edələr, pul ayrılar, o da yoxdur. İndiki yeniyetmə qızları hazırlamaq olmur. Hamısı qaçırlar ticarətə, kompyuterə».

XALÇADA SİYASİ İLMƏLƏR

Emalatxanada olanda gördük ki, bir neçə xanada eks-prezident Heydər Əliyevin portret xalçası toxunur. Xalçaçı qızlar başqa siyasətçilərin, vəzifəli şəxslərin də sifarişə uyğun portretlərinə müraciət edirlər. Emalatxana rəhbəri də deyir ki, bu xalçaları toxuyub vəzifəli adamlara idarənin divarlarına vurmaq üçün satırlar:

- Nizami Gəncəvinin 870 illiyidir, ondan toxuyuruq, 10-15 dənəsini. Divardakı şəkillər Bəylər müəllimindir, Eldar Mahmudovundur, onlar toxunub verilib. Putinin xalçası var, o Nizami Gəncəvinin 870 illiyidir

Nizami Gəncəvinin 870 illiyidir

toxunub.

«İNDİKİ XANIMLARIMIZ TEZ BİR ZAMANDA QAZANC ƏLDƏ ETMƏK İSTƏYİRLƏR»

Gəncə Xalçaçılıq Mərkəzinin rəhbəri Faiq Osmanov da təəssüflənir ki, xalçaçılığa maraq da, dövlət dəstəyi də azdır:

- Anamın dediyinə görə, ötən əsrin 20-ci illərində kustar formada evlərdə xalça toxuyurdular. Onlara kupon verilirdi. Kuponla onlar çörək alırdılar. 220 minə yaxın insan bunla qidalanırdı. İndi isə azdır. Səbir və istək xalçaçılığın ən vacib tələbidir. Oturaqlıq olmasa, mümkün deyil. İndiki xanımlarımızda oturaqlıq yoxdur, tez bir zamanda qazanc əldə etmək istəyirlər. Təravəti əvvəlki kimi deyil. Rənglərdə kompozisiya baxımdan. Biri var əldə əyrilə, bayatılar altından keçə, biri də var ki, maşında.

Faiq Osmanov deyir ki, maddi problemlər sənətin keyfiyyətinə də təsir göstərir:

«NƏNƏLƏRİMİZ TOXUDUĞU XALÇALARIN TƏRAVƏTİ YOXDUR»

- Toxucuların maliyyə mənbəyi lazımi səviyyədə deyil. Ona görə də tez-tez toxuyurlar ki, tez qazanc əldə etsinlər. Hər çindən bir sap keçirirlər ki, artım olsun. Bu zaman da kompozisiya qırılır. Nənələrimiz toxuduğu xalçaların təravəti yoxdur.

Faiq Osmanov

Faiq Osmanov

Faiq Osmanov bildirir ki, xalçalar zona üzrə-xovuna, rənglərinə, ölçülərinə, sıxlığına görə fərqlənir. O, xalçaçılığın başqa sirlərindən də danışır:

- Gəncə-Qazax zonasında xalçaların kolorit baxımından rəngləri tünddür. 4-5 rəngdən ibarətdir. Gəncə-Qazax zonasında xalçanın üzünün xovu qalın olur. Amma Quba, Şirvan zonalarında sıx və xırda olur. Təbriz zonasında isə ölçüləri sıx və nazik olur.

2 DƏFƏ QIZIL MEDALA LAYİQ GÖRÜLMÜŞ «DÜNYA XALÇASI»

Faiq Osmanov deyir ki, toxuduğu xalça sıxlığına və zərifliyinə görə qızıl medala layiq görülüb:

- Mən 122-nin sıxlığında xalça toxumuşam. O xalçanın adı «Dünya xalçası»dır. Bizim Gəncəyə aid buta ornamentlərini istifadə eləmişəm. İspaniyanın Madrid şəhərində «Xalçaçılığın qlobal texnologiyası» nominasiyası üzrə 2 dəfə qızıl medala layiq görülüb. 150 qram ağırlığı var. Təbriz qrupundan yenə var, Leyli- Məcnun süjet qrupundadır. Nəbati ornamentlərindən istifadə olunub.

Mütəxəssislərin deməsinə görə, xalçalar əsasən 8 növə bölünür. Onlar palaz, cecim, ladı, lilim, şəddə, vərni , zili və sumax növləridir.
XS
SM
MD
LG