Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:05

«Dalğa» növbədən kənar qurultay keçirib


Dalğaçı gənclər
Dalğaçı gənclər
Dalğa Gənclər hərəkatı oktyabrın 23-də növbədən kənar qurultay keçirib. Hərəkatın idarə heyətinin sədri Orxan Nəbiyev AzadlıqRadiosuna bildirib ki, növbədənkənar qurultay keçirilməsinə səbəb nizamnamə dəyişikliyidir.
Dalğaçılar təşkilatda struktur dəyişikliyi ediblər və «Geniş toplantı» adlanan yeni qurum yaradıblar. Bu quruma layihə və komitə rəhbərləri daxildir.
Orxan Nəbiyev onu da bildirdi ki, onlar Dalğanın simvolunu da müəyyənləşdiriblər: «Bu delfindir. Biz simvol seçimini internetdə səsverməyə çıxarmışdıq, humanizm və qayğının simvolu kimi delfinə üstünlük verildi».
Orxan Nəbiyev əlavə etdi ki, onun ikinci müddətə də özünü sədrlik postuna namizəd vermək imkanı var, amma o, qurultaydakı çıxışında bildirib ki, bu imkanından istifadə etməyəcək: «İdarə heyətinin yeni sədri gələn il seçiləcək. Mən ona görə imtina etdim ki, bu, üzvlərdə daha çox fəallığa stimul olsun, həm də yeni kadrlar ortaya çıxsın».
XS
SM
MD
LG