Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12

H.Clinton Özbəkistanı insan haqlarına diqqəti artırmağa çağırıb


ABŞ dövlət katibi Hillary Clinton Özbəkistanın hakim dairələrini insan haqlarının qorunması sahəsindəki problemlərə daha çox diqqət ayırmağa çağırıb.

Hillary Clinton Daşkəntdə prezident İslam Kərimovla görüşüb.

İslam Kərimov isə liberallaşma və ölkədə demokratik islahatlar sahəsində irəliləyişə nail olunacağını vəd edib.

Dövlət katibi həmçinin Əfqanıstanda aparılan beynəlxalq antiterror əməliyyatında iştirakına görə Kərimova təşəkkürünü bildirib.

Hillary Clinton Daşkəndə Düşənbədən gəlib.

Bundan əvvəl isə Əfqanıstan və Pakistanda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG